Schroth Əsaslı 3D Yanaşma və Skoliozun Konservativ Müalicəsi

Schroth metodu Almaniyada Katharina Schroth tərəfindən 1920-ci illərdə hazırlanmış və hazırda beynəlxalq elmi cəmiyyət tərəfindən qəbul edilmiş skolioz reabilitasiyası proqramıdır. Metod onurğa əyriliyini üç müstəvidə (sagittal, frontal, transversal) qiymətləndirir və hər xəstənin əyrilik tipinə uyğun fərdi məşqlər seçir.

Əsas prinsiplər

  • Üçölçülü (3D) onurğa qiymətləndirməsi
  • Tənəffüs məşqləri ilə əyrilik korreksiyası (rotational angular breathing)
  • Əzələ disbalansının fərdi düzəldilməsi
  • Postur şüurunun inkişaf etdirilməsi

Klinik Nəticələr

Beynəlxalq tədqiqatlar göstərir ki, Schroth əsaslı fərdi məşq proqramları Cobb bucağının irəliləməsini dayandıra və yeniyetmə dövründə əyriliyi azalda bilər. Klinik təcrübəmizdə də 32°-dən 20°-yə, 13°-dən 5°-yə qədər azalmalar qeydə alınıb.

Manual Terapiya və Biomexanik Bərpa

Manual terapiya əzələ-skelet sisteminin biomexanik pozuntularını aradan qaldıran texnikalar toplusudur. Mətod oynaq mobilizasiyası, manipulyasiya və yumşaq toxuma üsullarını birləşdirir.

Tətbiq edildikdə

  • Boyun və bel ağrılarında ağrının azaldılması
  • Oynaq hərəkət diapazonunun artırılması
  • Əzələ gərginliyinin azaldılması
  • Sinir sıxılmalarının qismən aradan qaldırılması

Müasir tədqiqatlar manual terapiyanın xüsusilə xroniki bel ağrısı, boyun ağrısı və miofassial ağrı sindromunda effektiv olduğunu göstərir.

Zərbə Dalğa Terapiyası (ESWT) və Klinik Tətbiqi

Extracorporeal Shock Wave Therapy (ESWT) yüksək enerjili akustik dalğaların müalicəvi məqsədlə tətbiqidir. Daban şporu (plantar fasiit), tendinopatiya və bəzi xroniki ağrılı vəziyyətlərdə standart müalicə üsulu hesab olunur.

Bioloji təsirlər

  • Mikrosirkulyasiyanın artırılması
  • Neoangiogenez (yeni qan damarlarının formalaşması) stimulyasiyası
  • Anti-inflamatuar effektlər
  • Toxuma bərpasının sürətləndirilməsi

İnsult Sonrası Reabilitasiya və Beyin Plastikliyi

Nöroplastisite beynin yeni sinir bağlantıları yaratma və mövcud bağlantıları yenidən təşkil etmə qabiliyyətidir. Bu prinsip insult sonrası reabilitasiyanın elmi əsasını təşkil edir.

Reabilitasiya komponentləri

  • Erkən mobilizasiya və hərəkət başlanğıcı
  • Tapşırıq əsaslı təlim (task-specific training)
  • Yürüş və balans məşqləri
  • Sensor-motor inteqrasiya
  • Təkrarlı və fərdiləşdirilmiş çalışmalar

Erkən başlanan reabilitasiya proqramı funksional bərpanın əsas amilidir.

Konservativ Müalicə vs Cərrahi Müdaxilə

Beynəlxalq klinik tədqiqatlar göstərir ki, bel disk yırtığı olan xəstələrin əksəriyyəti (təxminən 90%) konservativ müalicə ilə əməliyyat ehtiyacı olmadan sağalır. Konservativ yanaşma fizioterapiya, fərdi məşq proqramı və manual terapiyanın kompleks tətbiqini əhatə edir.

Cərrahi müdaxilə tələb olunan hallar

  • Cauda equina sindromu
  • İrəliləyən nevroloji defisit
  • Konservativ müalicəyə cavab verməyən şiddətli ağrı
  • Funksional məhdudiyyətin davamlı artması

Bu hallar istisna olmaqla, fizioterapiya əsaslı yanaşma birinci seçim kimi tövsiyə olunur.

Elmi əsaslı yanaşma

Fərdi qiymətləndirmə və beynəlxalq standartlara uyğun müalicə proqramı üçün bizimlə əlaqə saxlayın.

Konsultasiya Üçün Yazıl →