Tez-tez verilən suallar
Fizioterapiya, skolioz, disk yırtığı, manual terapiya və müalicə prosesləri haqqında ən çox verilən suallar.
Bəli. Erkən mərhələdə aşkarlanan skolioz fərdi fizioterapiya proqramı ilə əməliyyatsız və korsetsiz nəzarət altına alınır. Xəstələrimizdə Cobb bucağının 32°-dən 20°-yə, 13°-dən 5°-yə endirildiyi nəticələr əldə edilib.
Xeyr. Disk yırtığı olan xəstələrin təxminən 90%-i düzgün fizioterapiya və reabilitasiya ilə əməliyyatsız sağalır. 6 mm bel yırtığı olan xəstələrdə belə konservativ müalicə ilə ağrıların əhəmiyyətli azalması qeydə alınıb.
Xeyr. Üzgüçülük sağlamlıq üçün faydalıdır, amma skolioz üçün müalicə deyil. Asimmetrik əyriliklərdə üzgüçülük əzələ balanssızlığını artıraraq əyriliyin dərinləşməsinə səbəb ola bilər. Skoliozun idarəsi üçün fərdi qiymətləndirmə və Schroth əsaslı məşqlər tələb olunur.
Masaj gərginliyi və ağrını müvəqqəti azaldır. Amma problemin səbəbi əzələ balanssızlığı, duruş pozğunluğu və ya skoliozdursa, yalnız masajla nəticə əldə olunmaz. Müalicə fizioterapiya və xüsusi reabilitasiya məşqləri ilə aparılır.
Xeyr. Uşaq və yeniyetmələrdə vakuum cihazı (Vacuum Bell), duruş korseti, nəfəs və fiziki məşqlərlə əməliyyatsız müalicə mümkündür. Gecikmiş hallarda sinənin elastikliyi azalır və cərrahi müdaxilə lazım ola bilər.
Bəli. Fizioterapiya ilə ağrı azaldılır, hərəkət bərpa olunur, çiyin funksiyası gücləndirilir. Vaxtında müdaxilə edilməzsə hərəkət amplitudası daha da azalır, gündəlik sadə hərəkətlər belə çətinləşir. Erkən müraciət sürətli nəticə deməkdir.
Evdə özbaşına edilən məşqlər bəzən zərər verə bilər. Hər insanın bədən quruluşu, ağrı səbəbi və ehtiyacı fərqlidir. Təlimlər fərdi yanaşma ilə seçilməlidir. Evdə məşq edəcəksinizsə, fizioterapevtin məsləhəti ilə edin.
Bəli. Doğru diaqnoz və peşəkar yanaşma ilə manual terapiya təhlükəsiz və effektiv müalicə üsuludur. Əzələ gərginliyini azaldır, qan dövranını yaxşılaşdırır, oynaq hərəkətliliyini bərpa edir, sinir sisteminə müsbət təsir göstərir.
Ultrasəs terapiyası və zərbə dalğa terapiyasının (ESWT) kombinasiyası daban ağrılarında effektiv nəticə verir. Zərbə dalğa qan dövranını artırır, toxumaların bərpasını sürətləndirir, ağrı və iltihabı azaldır. Müntəzəm məşqlərlə ayaq altı əzələləri gücləndirilir.
Valideynlər uşağın duruşuna, çiyinlərdəki assimmetriyaya, kürək sümüklərindəki fərqə, bel əyriliyinə diqqət etməlidir. Şübhə yaranan hər halda fizioterapevt qiymətləndirməsi aparılmalıdır. Skolioz səssiz irəliləyə bilər, xüsusilə yeniyetmə dövründə erkən müdaxilə çox önəmlidir.
Bir çiyində daşıdılan və ya bədən ölçüsünə uyğun olmayan ağır çantalar onurğada əyrilik riskini artır. Çanta bədən çəkisinin 10%-dən çox olmamalı, iki omuzla bərabər daşınmalı və onurğaya yaxın yerləşdirilməlidir.
TEKAR terapiyası elektromaqnit enerji ilə idman zədələri, mialgiya, bel və boyun ağrıları, tendinit, karpal tunel sindromu, osteoartrit və intensiv məşqlərdən sonra əzələ bərpasında tətbiq edilir. Zərbə dalğa terapiyası yüksək enerjili şok dalğaları ilə qan dövranını artırır, daban şporu və xroniki ağrılarda effektiv nəticə verir.
Bəli. Protez əməliyyatı sonrası fizioterapiya mütləqdir. Bərpa prosesini sürətləndirir, ağrıları azaldır, hərəkət qabiliyyətini yaxşılaşdırır, protezlə uyğunlaşmanı asanlaşdırır. Əzələlərin gücləndirilməsi və düzgün duruşun bərpası həyat keyfiyyətini artırır.
Bəli. Bel ağrıları bəzən ayaq altı gərginlikdən, kalça oynağı problemindən və ya ayaq uzunluğu fərqindən (LLD) qaynaqlana bilər. Ayaq və onurğa arasında fassiyalar və sinir sistemi vasitəsilə güclü əlaqə var. Dəqiq diaqnoz üçün mütəxəssis müayinəsi vacibdir.
İlk müayinə fərdi qiymətləndirmədən ibarətdir: anamnez, duruş analizi, hərəkət testləri, lazım olduqda görüntüləmə nəticələrinin yoxlanılması. Bu məlumatlar əsasında fərdi müalicə proqramı hazırlanır.
Müalicə müddəti vəziyyətə görə dəyişir. Skolioz üçün ümumi 20 günlük kurslar tətbiq olunur. Disk yırtığı və oynaq problemləri üçün proqram fərdi planlaşdırılır. Hər seansdan sonra vəziyyət qiymətləndirilir.
Sualınıza cavab tapmadınız?
Birbaşa WhatsApp və ya telefon vasitəsilə əlaqə saxlayın.
Sualınızı göndərin →