Onurğa Xəstəlikləri (Skolioz, Kifoz, Lordoz)

Onurğa əyrilikləri xüsusilə inkişaf çağında olan uşaqlarda və yeniyetmələrdə sürətlə irəliləyə bilən struktur pozğunluğudur. Mərkəzimizdə bu xəstəliklərin müalicəsində dünya standartı olan Schroth əsaslı 3D fizioterapiya metodu tətbiq olunur.

  • Hər xəstənin əyrilik tipinə (C və ya S forması) uyğun fərdi məşq proqramı.
  • Tənəffüs texnikaları ilə onurğanın daxildən düzəldilməsi.
  • Cobb bucağında real azalmalar (Məsələn, 32 dərəcədən 20 dərəcəyə enmə).
  • Kifoz (donqar) xəstəliyində əzələ gücləndirmə və duruşun bərpası.
Vacib: Skoliozun müalicəsində üzgüçülük deyil, xüsusi fərdi idman hərəkətləri nəticə verir. Asimmetrik məşqlər əyriliyi artıra bilər.

Bel və Boyun Disk Yırtıqları

Müasir dövrdə disk yırtığı diaqnozu alan xəstələrin 90%-i əməliyyatsız sağalır. Yırtığın səviyyəsindən asılı olmayaraq (L3-L4, L4-L5, L5-S1) konservativ yanaşma birinci seçim olmalıdır.

  • Ağrının azaldılması üçün TENS, ultrasəs və əzələ boşaldıcı tətbiqlər.
  • Manual terapiya vasitəsilə onurğa fəqərələri arasındakı blokadaların açılması.
  • Xüsusi klinik dartma (traksiya) hərəkətləri.
  • Mərkəzi sinir sistemini rahatlatmaqla ayağa vuran keyimə və ağrının kəsilməsi.

Ayaq və Diz Problemləri

Ayaq altındakı fassiyaların gərginləşməsi bütün bədən mexanikasına, hətta belə qədər təsir edir. Oynaq problemlərinə kompleks yanaşma tətbiq edilir:

  • Hallux Valgus (Baş barmaq əyriliyi): Sümük böyüməsi deyil, əzələ balanssızlığıdır. Kineziyoloji bantlama və xüsusi barmaq məşqləri ilə ağrı azaldılır.
  • Daban Şporu (Plantar fassit): ESWT zərbə dalğa terapiyası ilə toxumaların sürətli bərpası.
  • Diz ağrıları: Menisk yırtıqları, bağ zədələnmələri və artroz üçün gücləndirici idman proqramı.

Manual Terapiya

Manual terapiya sadəcə "sümük çıtlatmaq" deyil. Bu, oynaqların, əzələlərin və sinirlərin normal funksiyasını bərpa etmək üçün xüsusi əllə edilən manipulyasiya və mobilizasiya texnikalarıdır.

  • Oynaq hərəkət məhdudiyyətinin (blokadaların) aradan qaldırılması.
  • Gərgin və spazm olan əzələlərin (məsələn, lumbaqo zamanı) yumşaldılması.
  • Qan və limfa dövranının yaxşılaşdırılması.

Uşaq Fizioterapiyası və Ortopediyası

Uşaqlarda sümük-əzələ sistemi formalaşma mərhələsində olduğu üçün vaxtında edilən fizioterapiya çox yüksək nəticələr verir.

  • Serebral iflic (Uşaq serebral iflici - DSP): Motor funksiyaların və yerişin yaxşılaşdırılması.
  • Genu Valgum (X ayaq) və Genu Varum (O ayaq): Əyilmələrin fərdi məşqlərlə düzəldilməsi.
  • Sinə batıqlığı (Pectus Excavatum): Vakuum cihazı və nəfəs məşqləri ilə cərrahiyyəsiz müalicə.
  • Yastı pəncəlik: Ayaq altı qövsünü dəstəkləyən və yeriş mexanikasını düzəldən hərəkətlər.

Fizioterapevtik Aparat Tətbiqləri

Klinikamızda müasir fizioterapiya cihazlarından istifadə olunur:

  • TEKAR Terapiyası: Elektromaqnit enerji vasitəsilə dərindən istiləşmə yaradır, qan dövranını sürətləndirir, toxumaların bərpasını təmin edir. İdman zədələrində və kəskin ağrılarda çox təsirlidir.
  • ESWT (Zərbə dalğa terapiyası): Xroniki ağrılarda (xüsusən daban şporu və çiyin kirəclənməsi) akustik dalğalarla toxuma bərpasını başladır.
  • TENS və Ultrasəs: Əzələ spazmını açmaq, iltihabı və ağrını minimuma endirmək üçün istifadə edilir.

İnsult (Felç) Sonrası Reabilitasiya

Beyin qanaması və ya tıxanması nəticəsində yaranan funksiya itkilərində beynin nöroplastisite (özünü bərpa və yenidən öyrənmə) xüsusiyyətindən istifadə edilir.

  • Yataq xəstələrinin oturma və ayağa qalxma vərdişlərinin bərpası.
  • Yürüş (gəzinti) və balans məşqləri.
  • Əzələ gücünün və koordinasiyanın artırılması.
  • Gündəlik yaşam fəaliyyətlərinə (ADL) adaptasiya.

İdman Zədələri və Travma Sonrası Bərpa

Sınıqlar, çıxıqlar, əməliyyatlar və idman zədələrindən sonra normal hərəkətliliyə qayıtmaq üçün reabilitasiya.

  • Bağ yırtıqları (Çarpaz bağ, yan bağlar) sonrası gücləndirmə.
  • Əzələ dartılmaları və yırtıqlarının müalicəsi.
  • Protez (diz, bud-çanaq) əməliyyatlarından sonra oynağın hərəkət bucağının bərpası.
  • "Donuq çiyin" (Frozen shoulder) müalicəsi.

Sizə necə kömək edə bilərik?

Probleminizə uyğun düzgün diaqnoz və müalicə planı üçün konsultasiyaya yazıla bilərsiniz.

Qəbula Yazıl →